Neft bazarında qeyri-sabitlik davam edir

Neft bazarında qeyri-stabillik davam edir.

 

APA TV-nin məlumatına görə, "Brent" markalı neft ucuzlaşıb bahalaşsa da, hazırda ötən gün səhər qeydə alınan qiymətə - 71,70 dollara satılır. Qərbi Texas nefti isə az miqdarda ucuzlaşıb, hazırda 66,80 dollara satılır.

 

ABŞ-ın neft ehtiyatlarının 4,1 milyon barel azalması gözlənildiyi halda, 629 min barel atıb. Ehtiyatların artması ABŞ-da istehsal olunan neftin ucuzlaşmasına səbəb olur.

 

Qiymətlərin bir müddət stabilləşməyəcəyi gözlənilir. Neft bazarına təsir edəcək müxtəlif amillər var. Onlardan bəziləri bahalaşmaya səbəb olursa, digərləri nefti ucuzlaşdırır. İrana sanksiyaların qoyulması neftin qiymətinə müsbət təsir edir. OPEC-in istehsalı artırması və ABŞ-la Çin arasında əlavə vergilərin tətbiq olunması ucuzlaşmaya səbəb olur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR