Hindistanda yaşayış binası çökdü - ÖLƏNLƏR VAR

Hindistanın paytaxtı Dehli yaxınlığında 6 mərtəbəli yaşayış binası çöküb. APA TV-nin “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 2 nəfərin öldüyü təsdiqlənib, 50-dən çox insanınsa dağıntılar altında qaldığı ehtimal olunur.

 

Hazırda ərazidə xilasetmə işləri davam etdirilir. Məlumata görə, binada 18 ailə yaşayıb. Binanın çökməsinə musson yağışlarının təsir etdiyi bildirilir.

 

Qeyd edək ki, bundan əvvəl 2013-cü ildə Mumbay şəhərində də bir bina çökmüş,  azı 72 nəfər dünyasını dəyişmişdi.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR