Anasını öldürdükdən sonra çılpaq halda küçəyə çıxdı - TÜRKİYƏDƏ
Türkiyədə anasını qətlə yetirən şəxs sonradan polisə çətin anlar yaşadıb. APA TV-nin "CNN Türk"ə istinadən verdiyi xəbərə görə, insident İstanbulun Əyyubsultan rayonunun Bülbüldərə prospektində baş verib.
Həmin prospektdəki evlərində anası Türkan Uyğunu bıçaqlayaraq öldürən Mehmed Bahadır Uyğun sonradan xanımını və uşaqlarını bir taksi ilə yola salıb. Özü isə çılpaq vəziyyətdə küçəyə çıxıb. Əlində bıçaq küçə ilə hərəkət edən Uyğun ətrafdakıları da hədələyib. Yaxınlıqdakı iki polis bıçaqlı şəxsi saxlamaq istəsə də, buna nail ola biməyiblər. Mehmet Bahadır Uyğun bıçaqla onlardan birini yaralayıb.
Qısa bir zamanda hadisə yerinə başqa polislər və ətrafdakı sakinlər də toplaşıb. Bıçaqlı şəxs ayağından vurularaq zərərsizləşdirilib. Daha sonra isə xəstəxanaya aparılıb.
Hazırda polis hadisə ilə bağlı araşdırma aparır.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub