"Taliban" silahlıları 15 Əfqanıstan polisini öldürdü - 4 POST ƏLƏ KEÇDİ
Əfqanıstanın Qəndahar vilayətində terrorçular polislərə hücum edib. APA TV-nin məlumatına görə, onlar “Taliban” terror qruplaşmasının silahlıları olub.
Toqquşma barədə məlumat verən vilayət başçısının mətbuat katibi Davud Əhmədinin sözlərinə görə, həmin silahlıların Qəndaharın şimal-şərqində polisin Nəzarət-Buraxılış Məntəqəsinə hücumu nəticəsində 25 terrorçu məhv edilib.
"Eyni zamanda, silahlı toqquşmada 6 polis əməkdaşı ölüb, daha 10 nəfəri yaralanıb. Vilayətin cənub-şərqində də oxşar hücum olub və bu toqquşmada isə 9 polis öldürülüb, 5-i yaralanıb", - D.Əhmədi belə deyib.
Digər bir məlumata görə, “Taliban” qruplaşmasının silahlıları 4 Nəzarət-Buraxılış Məntəqəsini ələ keçirib.
OXŞAR XƏBƏRLƏR
13:21
309
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
307
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
477
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
19:50
1146
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1206
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1152