Astarada 14 yaşlı uşaq evdən qaçıb
Astarada evə gec gəldiyi üçün anası tərəfindən danlanan 8-ci sinif şagirdi 3 gündür evdən qaçıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Siyaku kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 14 yaşlı Tural Səxavət oğlu Hümmətzadə iyulun 14-də səhər idmana gedib. Anası Turalın evə gəlmədiyini görərək onun dalınca gedib və övladını danlayaraq evə gətirib. Hər şey də bundan sonra baş verib. Anasının iradını qəbul etməyən yeniyetmə axşam saatlarında evdən çıxaraq geri qayıtmayıb: "Səhər idmana getmişdi. Günorta gec gəldi. Narahat idim. Getdim uşağın dalınca. Gördüm, uşağın idmanı qurtarıb, gətirdim danladım ki, niyə gec gəlirsən, atana şikayət edəcəyəm. O da bir az pərt oldu. Getdi öz otağına girdi, yatdı. Yoldaşım gəldi evə, mən çıxdım yuxarı, gördüm evdə yoxdur".
Babası Süleyman Zahirov uşağın evdən qaçdığına əmindir: "Onun sorağı ilə gedib çıxmışıq qonşu kəndə. Gəlin dedi, belə bir uşaq bizim kəndin qabağından keçirdi, məndən soruşdu kiminsə evin. Mən də ona yol göstərdim. Sonra dedim, sən kimin oğlusan, başqa adamın adını çəkdi. Dedim, sən Səxavətin oğlusan, niyə mənə yalan deyirsən. Uşaq başladı özü yavaş-yavaş uzaqlaşmağa. Dedim, hara gedirsən? Dedi, bura yaxına gedirəm gəzməyə. Ondan sonra heç bir məlumatımız yoxdur".
Məsələ ilə bağlı artıq Astara Rayon Polis Şöbəsinə məlumat verilib. Tural Hümmətzadənin axtarışları davam etdirilir: "Astarada yer qalmayıb camaat oranı gəzsin. Hər yeri gəzmişik. Yalvarıram, Tural, xahiş edirəm, gəl evə, səni çox istəyirəm".
Tural Hümmətzadəni görənlərdən bu telefon nömrələri ilə əlaqə saxlamaları xahiş olunur: 050-333-82-14, 050-979-39-77.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub