Selfi çəkmək istəyən Astara sakini dənizdə boğuldu

Astarada bir nəfər dənizdə boğulub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Park-Bulvar ərazisində qeydə alınıb.

 

Rayonun ucqar Səlivə kənd sakini, 19 yaşlı Tərlan Mirəli oğlu Şükürov dəniz kənarında çimərlik kimi istifadə olunmayan ərazidə, daşların üzərində durub selfi çəkərkən ehtiyatsızlıqdan yıxılıb. Nəticədə baş nahiyəsindən xəsarət alan Tərlan Şükürov suda boğularaq həyatını itirib.

 

Atası Mehrəli Şükürova faciə barədə oğlunun dostları məlumat verib: "Mənə zəng gəldi ki, uşaq dənizə düşüb boğulub. Onu aparıblar xəstəxanaya, mən də çıxdım gəldim bura. O, çimməyə getməmişdi, indi hava belədir. Bilmirəm çimməyə necə gedib, onu görməmişəm. Onun nömrəsinə zəng vurdum, gördüm başqası cavab verdi. Dedilər, dayı düşdü suya, çıxa bilmədi, başqa adamlar gəlib çıxartdılar".

 

Tərlan Şükürovun meyiti sudan çıxarılaraq, müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

 

Qeyd edək ki, Tərlan Şükürov 4 bacının yeganə qardaşı olub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR