Kürdəmirdə maşın kanala düşdü: 3 yaralı
Kürdəmirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 14:30 radələrində Bakı-Qazax yolunun 180 km-də, Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Suraxanı rayon sakini, 1991-ci il təvəllüdlü Səxavət Sakit oğlu Əliyevin idarə etdiyi "Daewoo" markalı avtomaşın Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlər - 30 yaşlı Pərviz Sakit oğlu Əliyev, 54 yaşlı Nazilə Qəni qızı Əliyeva və 29 yaşlı Nurlana Arzu qızı Əliyeva müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub