Şvartsenegger Trampa: "Putinlə selfi çəkdirəcəyinizi gözləyirdim"
Donald Tramp Vladimir Putinlə görüşdə lazımi sərtlik göstərmədiyi üçün ABŞ ictimaiyyəti tərəfindən sərt tənqidə məruz qalıb.
APA TV-nin "The Independent" nəşrinə istinadən xəbərinə görə, məşhur Hollivud aktyoru, Kaliforniya ştatının sabiq qubernatoru Arnold Şvartsenegger də yayımladığı videoda Ağ Ev rəhbərini tənqid edib.
"Prezident Tramp, mən sizin Putinlə mətbuat konfransınızı izlədim və utandım. Siz orada sanki qaynadılmış makaron dənəsi, balaca fanat idiniz. Mən öz-özümə sual verdim ki, görəsən, o, nə vaxt onunla selfi çəkdirmək üçün icazə istəyəcək? Siz ABŞ-ın prezidentisiniz. Bu cür hərəkətlər etməməlisiniz. Sizə nə olub axı?"
Xatırladaq ki, ABŞ və Rusiya prezidentləri arasında görüş dünən Finlandiyanın paytaxtı Helsinkidə baş tutub.
OXŞAR XƏBƏRLƏR
13:21
309
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
307
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
477
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
19:50
1146
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1206
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1152