Əsəd qüvvələri atəşkəs elan olunan qəsəbəni ələ keçirdi

Əsəd qüvvələri Suriyanın Dera bölgəsində strateji əhəmiyyətli Harra qəsəbəsini ələ keçirib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, artıq hökumət qüvvələri Kuneytra bölgəsinə hücuma başlayıb.

 

Harra qəsəbəsi müxalifətçilərlə Rusiya arasında atəşkəs bölgəsi elan edilsə də, Əsəd qüvvələri buraya daxil olmağa başlayıb. Buradan Kuneytraya hücuma keçməyə başlayan qüvvələr bölgəyə 800-dən çox top və raket zərbəsi endirib. Hədəfin İsrail sərhədinə qədərki məntəqələr və Qolan yüksəklikləri olduğu bildirilir. Artıq minlərlə müxalif İsrail ilə sərhəddə olan Qolan təpəliklərinə toplaşmağa başlayıb.

 

Xatırladaq ki, bir müddət öncə İsrailin müdafiə naziri Aviqdor Liberman "bircə suriyalının belə İsrail torpaqlarına buraxılmayacağını" bəyan edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR