FHN Lənkəranda köməksiz qalan 3 nəfəri xilas edib
Lənkəranda ayrı-ayrı vaxtlarda bağlı qapı arxasında qalan 3 nəfər xilas edilib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Lənkəran şəhəri ərazisində qeydə alınıb.
İlk hadisə zamanı şəhər sakini, 9 yaşlı Yunis Ağayev və onun anası, 30 yaşlı Oksana Ağayeva qapının bağlanması səbəbindən mənzildə köməksiz vəziyyətdə qalıb. Bu barədə qonşular FHN-in Cənub Regional Mərkəzinə məlumat verib. Əraziyə gələn xilasedicilər tərəfindən xüsusi alətlərdən istifadə edilməklə qapı açılıb, ana və oğlu xilas olunub.
Digər hadisə zamanı isə köməksiz vəziyyətdə qalan şəhər sakini, 52 yaşlı Rəna Rzayeva olub. Əraziyə gələn FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri qapını açıb mənzilə daxil olduqda, Rəna Rzayevanı huşsuz vəziyyətdə aşkar ediblər. Yaşlı qadın mənzildən çıxarılaraq təcili yardım briqadasının əməkdaşlarına təhvil verilib.
Xəstəxanaya aparılan Rəna Rzayeva ilk tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub