Zaqatalada 57 yaşlı kişini ilan sancıb

Zaqatalada 57 yaşlı kişini ilan sancıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, bu gün səhər saat 7:00 radələrində rayonun Aşağı Tala kənd sakini Mustafa Hacıyev ilan sancması xəsarəti ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına daxil olub.

 

Xəstəxanadan bildirilib ki, Mustafa Hacıyev Aşağı Tala kənd inzibati ərazisində tütün sahəsində işləyən zaman ilan onun sağ ayağının topuq nahiyəsindən sancıb. Mustafa Hacıyevə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub.

 

Mustafa Hacıyevin müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır. Hazırda xəstənin vəziyyəti stabildir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR