Bezos bəşəriyyətin ən zəngin insanı oldu

"Amazon" şirkətinin yaradıcısı Cozef Bezos 1 günə 1,2 milyard dollar qazanıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, ABŞ-ın ən məşhur şirkətlərindən sayılan "Amazon"un səhmləri bir gecə ərzində 1,2 milyard dollar bahalaşıb.

 

Bu göstərici "Amazon" səhmlərində bu günə qədər rekord artım kimi qiymətləndirilir. Bununla da şirkətin qurucusu Ceff Bezosun sərvəti 150,2 milyard dollara çatıb və nəticədə o, "Forbes"in siyahısında liderliyini daha da möhkəmləndirib.

 

Onun ən yaxın izləyicisi və "Microsoft" şirkətinin sahibi Bill Geyts isə 2-ci yerdə qərarlaşıb - 93,7 milyard dollar.

 

Qeyd edək ki, mütəxəssislər "Amazonun" səhmlərinin artımını Ceff Bezosun ildə bir dəfə təşkil etdiyi "Prime Day" ilə əlaqələndirirlər. "Prime Day" günlərində "Amazon"da satışa çıxarılan bir çox məhsul 50%-dən çox endirimlə müştərilərə təklif olunur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR