Neft son üç həftənin rekorduna qədər ucuzlaşdı

ABŞ və Səudiyyə Ərəbistanında neft istehsalının artması nəticəsində "qara qızıl" ciddi dəyər itirib.

 

APA TV-nin məlumatına görə, informasiyalı şəxslər Səudiyyə Ərəbistanının Asiya yarımadasında bəzi alıcılara müqavilələrdə qeyd olunandan daha artıq miqdarda neft satdığını bildirir. Tramp hökuməti isə xam neft ehtiyatlarının bir qismini bazara çıxarmaq məsələsini müzakirə edir.

 

Neftin qiymətləri bugünkü ucuzlaşma ilə son üç həftənin ən aşağı səviyyəsinə enib. Ümumiyyətlə, neft ABŞ-la Çin arasında başlayan "ticarət müharibəsi"nin yenidən alovlanması ilə ciddi dəyər itirməyə başlayıb. Dünya iqtisadiyyatının daralması daha az neft istehlakı deməkdir ki, nəticədə bazarda təklif artır, qiymətlər ucuzlaşır.

 

Başda Səudiyyə Ərəbistanı olmaqla OPEC ölkələri Venesuela və Kanadadan qaynaqlanan neft kəsirini aradan qaldırmaq və ABŞ-ın İrana qoyduğu sanksiyalardan dolayı bu ölkənin bazardakı yerini tutmaq üçün istehsalı artırmağa davam edir.

 

"Brent" markalı neftin 1 bareli sutka ərzində 3 dollar ucuzlaşaraq 71,70 dollardan satılır. Qərbi Texas nefti isə 2 dollar 70 sent ucuzlaşıb. Hazırda 67 dollardan satılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR