Qırmızı işığa məhəl qoymayan xanım sürücü qəzaya səbəb oldu - BAKIDA

Gecə saatlarında Bakının Nəsimi rayonunda yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisəni işıqforun qırmızı işığına məhəl qoymayan sürücü törədib.

 

Avtoqəza A.Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişdiyi nöqtədə qeydə alınıb. Xanım sürücünün A.Bakıxanov küçəsi ilə idarə etdiyi "BMW" markalı avtomobil işıqforun qırmızı işığında hərəkətinə davam edib. Bu vaxt Azadlıq prospekti ilə gələn "Mercedes" markalı digər minik maşını ona çırpılıb. Yol qəzası nəticəsində həmin xanım sürücü xəsarət alıb.

 

Hadisə yerinə YPX və PPX-nin əməkdaşları cəlb olunub. Sürücülərin ifadələri alınıb. Avtoqəzanın təfərrüatları araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR