Qarşısını kəsib pul tələb etdi, verməyincə bıçaqladı - BAKIDA
Bakının Yasamal rayonunda bıçaqlanma faktı qeydə alınıb. APA TV-nin məlumatına görə, Moskva prospektində, "Şamaxinka" dairəsi yaxınlığında baş vermiş insident zamanı gənc oğlan bıçaqlanıb.
Döş qəfəsindən bıçaq yarası alan 1996-cı il təvəllüdlü Orucov Sadiq Namiq oğlu 1 saylı Xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Məlumata görə, S.Orucov piyada olarkən naməlum şəxs ona yaxınlaşıb və bıçaqla hədələyərək pul tələb edib. S.Orucov pulunun olmadığını bildirib. Rədd cavabı alan cinayətkar əlbəyaxa dava zamanı S.Orucovu bıçaqlayıb.
Faktla bağlı Yasamal RPİ-də əməliyyat-axtarış işlərinə başlanılıb.
OXŞAR XƏBƏRLƏR
13:21
309
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
307
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
477
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
19:50
1146
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1206
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1152