ABŞ-da rusiyalı qadın saxlanıldı - CASUSLUĞA GÖRƏ

Vaşinqtonda casusluqda şübhəli bilinən Rusiya vətəndaşı Mariya Butina saxlanılıb. APA TV-nin xəbərinə görə, ABŞ Ədliyyə Nazirliyinin müvafiq məlumatını “ABC News” telekanalı yayıb.

 

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, 29 yaşlı M.Butina “Amerika siyasətinə təsir etmək imkanına malik təşkilatlara daxil olmağa çalışıb”.

 

İyulun 15-də saxlanılan M.Butina ABŞ sanksiyalarının tətbiq edildiyi rusiyalı məmura işləməkdə ittiham edilir. Həmin məmurun kimliyi açıqlanmasa da, onun əvvəllər deputat olduğu, hazırda isə Rusiya Mərkəzi Bankında yüksək vəzifədə çalışdığı qeyd olunur. ABŞ Maliyyə Nazirliyi ona qarşı sanksiyalar tətbiq edib.

 

Mariya Butina qeyd olunan ittiham üzrə 5 il həbs cəzasına məhkum edilə bilər.

 

Qeyd edək ki, məhkəmə iclası iyulun 18-nə təyin edilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR