Putindən DÇ-nin rəsmi topunu hədiyyə alan Tramp: "Oğlum bu topla oynayar"
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampa Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının rəsmi topunu hədiyyə edib. APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, o bu hədiyyəni birgə mətbuat konfransı zamanı verib.
Putin bununla 2026-cı ildə Dünya Çempionatının ABŞ-da keçiriləcəyini xatırladıb.
Hədiyyəni qəbul edən Tramp Putinə təşəkkür edib və topu həyat yoldaşı Melani Trampa ataraq, "Melani, götür, oğlum bu topla oynayacaq" deyib.
Donald Tramp isə rusiyalı həmkarına ABŞ-ın “Washington Capitals” komandasında çıxış edən rusiyalı hokkeyçi Aleksandr Oveçkinin maykasını, həmçinin hokkey şaybası hədiyyə edib. Cari mövsümdə məhz bu klub Stenli kubokunu əldə edib.
OXŞAR XƏBƏRLƏR
13:21
310
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
308
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
479
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
19:50
1146
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1206
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1152