Putin: "Hərbi-siyasi və silahsızlanma məsələlərində ABŞ-la işləməyə hazırıq"

“Görüş açıq və işgüzar mühitdə keçdi. Bu gün həm Rusiya, həm də ABŞ digər təhlükələrlə üz-üzədir. İki nüvə nəhəngi kimi biz dünyada təhlükəsizliyin təmin olunması işində məsuliyyət daşıyırıq. Hesab edirik ki, hərbi-siyasi və silahsızlanma məsələlərində birgə işləməyə hazırıq. Biz terrora qarşı birgə mübarizənin tərəfdarıyıq. Bizim xüsusi xidmət orqanlarımız bir yerdə işləyir və çox uğurlu işləyir”.

 

APA TV-nin Moskva müxbirinin məlumatına görə, bunu ABŞ prezidenti ilə görüşdən sonra keçirilən birgə brifinqdə Rusiya prezidenti Vladimir Putin bəyan edib.

 

O qeyd edib ki, görüşdə regional böhranlarla bağlı müzakirələr də aparılıb. Onun sözlərinə görə, tərəflərin mövqeləri bütün məsələlərdə üst-üstə düşməsə də, həmfikir olduqları məsələlər də var:

 

"Rusiya və ABŞ Suriya məsələsində təşəbbüsü öz əlinə ala və qaçqınların öz doğma evlərinə qayıtmasına kömək edə bilər. Ukrayna böhranına diqqət ayırdıq. Minsk razılaşmasının yerinə yetirilməsinin vacibliyi qeyd olunub. İki ölkə arasında ticarət-iqtisadi əlaqələri müzakirə etdik. Prezident Tramp Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə etməsi ilə bağlı məsələni xatırlatdı. Mən bir daha qeyd etdim ki, Rusiya hökuməti heç vaxt ABŞ-da seçkilərə müdaxilə etməyib. Biz ilk tam formatlı görüşümüzdən razıyıq".

 

Sonda Rusiya prezidenti iki ölkə rəhbərinin bir-birini daha yaxşı başa düşdüyünə ümid etdiyini vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR