Helsinkidə Tramp-Putin görüşü başlayıb
Finlandiyanın paytaxtı Helsinkidə ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüş başlayıb.
APA TV-nin Moskva müxbirinin verdiyi xəbərə görə, V.Putin amerikalı həmkarı ilə görüşməkdən məmnun olduğunu söyləyib və D.Trampla daimi təmaslarının davam etdiyini, telefonla danışdıqlarını və müxtəlif tədbirlər çərçivəsində bir neçə dəfə görüşdüklərini bildirib.
“Əlbəttə ki, ikitərəfli münasibətlərimiz və dünyanın müxtəlif ağrılı məsələləri haqqında ətraflı danışmağın vaxtı çatıb, onların sayı kifayət qədər çoxdur” - deyə Kreml rəhbəri vurğulayıb.
Putini Rusiyada keçirilən və uğurla yekunlaşan futbol üzrə dünya çempionatı münasibətilə təbrik edən D.Tramp isə ABŞ-Rusiya münasibətlərini yaxşılaşdırmaq üçün şanslar olduğunu vurğulayıb.
"Bütün dünya ABŞ və Rusiya arasında yaxşı münasibətlərin olmasında maraqlıdır" - deyə D.Tramp açıqlama verib.
Daha sonra nümayəndə heyətlərinin iştiraklı ilə danışıqlar aparılıb. Danışıqların 4 saat davam edəcəyi gözlənilir.
Qeyd edək ki, D.Tramp rusiyalı həmkarı ilə ticarət, hərbi məsələlər, nüvə problemi və Çinlə münasibətlər barədə müzakirə aparacaqlarını söyləyib.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub