Göyçayda 100 hektar biçilmiş taxıl sahəsi yanıb

Göyçayda 100 hektar biçilmiş taxıl sahəsi yanıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Göyçayın Bığır və Qaraməryəm kəndləri arasındakı dağlıq ərazidə vətəndaşlara məxsus torpaqlardakı biçilmiş taxıl sahəsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay, İsmayıllı və Ucar Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

 

Hava küləkli olduğu üçün yanğını söndürmək çətinləşib və alov qısa vaxtda geniş ərazini əhatə edib. Yanğın dağlıq ərazidə baş verdiyi üçün əraziyə yanğınsöndürən maşınların cəlb edilməsi çətinləşib və yanğınsöndürənlər alovun qarşısını əsasən əl əməyi ilə almağa çalışıblar. Səhər saat 8.00-da başlayan yanğın günorta saat 13:00-a kimi davam edib. Ümumilikdə 100 hektar biçilmiş taxıl sahəsi yanıb, 900 hektar taxıl sahəsi, nar bağları, yaxınlıqdakı evlər və "Azərenerji"nin yüksək gərginlikli elektrik naqilləri alovdan mühafizə edilib.

 

Hava küləkli olduğu üçün hazırda yanğınsöndürənlər ərazidəki yanğın ocaqlarına nəzarət edir. Yanğının küləkli havada vətəndaşlar tərəfindən törədildiyi məlum olub.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR