Bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında iyulun 17-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 29-34 dərəcə, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.
Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 25-26, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti təşkil edəcək. Mülayim şimal-qərb küləyi əsəcək.
İyulun 17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Azərbaycanın rayonlarında iyulun 16-sı axşamdan iyulun 18-dək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimal olunur. Havanın temperaturunun gecə 20-25, gündüz 31-36 dərəcə, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub