"Müsəlman qardaşları" terrorçular siyahısına salınıb
Misirdə azı 14 nəfərin ölümünə, 150 nəfərin isə yaralanmasına səbəb olan silahlı hücumdan sonra baş nazir Hazim Bəblavi dövlətin "Müsəlman qardaşları" hərəkatını "terrorçu qrup" kimi qəbul etdiyini bəyan edib. APA TV-nin xəbərinə görə, hücumun paytaxt Qahirənin şimalında yerləşən Mansurə şəhərinin polis idarəsinin yaxınlığında törədildiyindən ölənlərin çoxunun polis olduğu bildirilir. Bundan əlavə, böyük maddi zərərə yol açan silahlı basqın nəticəsində bir yanacaqdoldurma məntəqəsinin partlaması polis binasının bir hissəsinin uçmasına səbəb olub. Ümumiyyətlə, ölkənin keçmiş prezidenti Məhəmməd Mursinin sentyabrın 3-də vəzifədən uzaqlaşdırılması ilə hüquq mühafizə orqanlarına qarşı silahlı hücumlar tez-tez törədilməyə başlayıb. Devrilmiş prezident Məhəmməd Mursi və "Müsəlman qardaşları" hərəkatının liderlərindən bir çoxu keçən həftə "terrorçu fəaliyyət göstərmək və ölkənin birliyinə, bütövlüyünə, müstəqilliyinə qarşı çıxışlarına görə" iddiaları ilə məhkəməyə veriliblər.
OXŞAR XƏBƏRLƏR
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi