Goranboyda 4 uşaq anası itkin düşüb

Goranboyda 4 uşaq anası itkin düşüb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə 5 gün öncə rayonun Tatarlı kəndində baş verib.

 

Kənd sakini, 1995-ci il təvəllüdlü Elvira Əzizova yaşadığı evdən gedib. Nənəsi Savad Məmmədovanın himayəsində böyüyən Elvira Əzizovanın həyat yoldaşı və digər ailə üzvləri ilə hər hansı problemi olmadığı bildirilir. S.Məmmədova nəvəsinin dünyagörüşünün zəif olduğunu, təhsilsiz olması səbəbindən evdən çıxıb geri qayıda bilmədiyini iddia edir.

 

E.Əzizovanın 4, 5 yaşlı və 8 aylıq olan əkiz oğlan uşaqları var.

 

Savad Məmmədova nəvəsinin tezliklə evinə, ailəsinə dönməsini səbirsizliklə gözlədiklərini bildirir. Qadını görənlərdən 055-990-12-79, 050-965-05-65, 050-364-18-69, 070-745-42-91, 051-501-51-61, 022-24-46-2-47, 022-24-46-3-20 nömrələrinə zəng vurmalarını xahiş edirlər.

 

Qeyd edək ki, məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə də məlumat verilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR