Türkiyənin tələbi yerinə yetirildi: YPG Menbiçdən çıxdı

PKK terror təşkilatının Suriya qolu olan YPG terrorçuları Menbiç qəsəbəsindən çəkilib.

 

APA TV-nin məlumatına görə, xəbəri "Reuters" agentliyi yayıb.

 

Suriyanın Menbiç qəsəbəsində nəzarəti həyata keçirən yerli milis qüvvələri sonuncu terrorçunun da ötən gün Menbiçdən çıxdığını bildirib. Bu məsələ Türkiyənin uzun müddətdir həyata keçməsini istədiyi məsələ idi.

 

Qeyd edək ki, Türkiyə və ABŞ-ın ötən ay Menbiç məsələsində əldə etdiyi razılaşmaya görə, YPG terror təşkilatı Menbiçdən çəkilməli idi. Əvəzində Türkiyə və ABŞ hərbçiləri qəsəbədə və ətrafında təhlükəsizlik və sabitliyi birlikdə qoruyacaq. Eyni zamanda YPG-dən 6 ay ərzində ağır silahların alınması da nəzərdə tutulur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR