Neft yenə ucuzlaşdı, Rusiya ABŞ-a xəbərdarlıq etdi
ABŞ-ın neftin qiymətlərini endirmək üçün xam neft ehtiyatlarını açacağını müzakirə etməsi, OPEC və ortaqlarının düşünüləndən daha çox neft hasil etməsi yeni həftənin ilk günündə qiymətləri ucuzlaşdırıb.
APA TV-nin məlumatına görə, həftənin ilk satışlarında "Brent" markalı neft 1 dollardan çox ucuzlaşaraq 74,69 dollara satılır. Qərbi Texas nefti də ciddi dəyər itirərək 70 dolların altına düşüb. WTI nefti hazırda 69,28 dollardan təklif olunur.
Tramp hökuməti bahalanan benzin qiymətlərini stabilləşdirmək üçün ölkənin 660 milyon barel böyüklüyündəki strateji neft ehtiyatlarından istifadə etməyi müzakirə edəcək. Rusiyanın enerji naziri Aleksandr Novaka görə, OPEC və ortaqları ehtiyac olduğunda razılaşmada nəzərdə tutulan gündəlik 1 milyon barellik artımdan daha çox neft istehsal edə biləcəklər.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub