İşdən çıxarılan bağban ev sahibini ağır yaraladı, xanımını öldürdü - PAYTAXTDA
Bakının Xəzər rayonunda qətl törədilib. Qanlı hadisə Mərdəkan qəsəbəsindəki bağ evlərinin birində baş verib.
APA TV-nin məlumatına görə, qətlin üstü Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin müfəttişləri tərəfindən açılıb. Belə ki, Mərdəkan qəsəbəsində xidmət zamanı polis əməkdaşları "Range Rover" markalı avtomobilin sürücüsünə "Saxla" əmri verib. Ancaq özünü şübhəli aparan sürücü buna məhəl qoymayıb.
Sonradan avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı isə müfəttişlər onun salonunda qan içərisində olan yaşlı qadınla kişini aşkar edib. Müəyyən edilib ki, onlardan 72 yaşlı Şuşalı Arzu Məmməd oğlu yaralı vəziyyətdə olub, qadın isə artıq dünyasını dəyişibmiş. A.Şuşalı təcili xəstəxanaya çatdırılıb və həkim nəzarətinə verilib.
Orta yaşlı sürücü özü saxlanılaraq Xəzər polisinə təhvil verilib. İlkin məlumata görə, həmin sürücü A.Şuşalının evində bağban işləyirmiş. Ev sahibi onu işdən azad edən zaman bağban yaşlı ər-arvadı öldürmək qərarına gəlib. Onların hər ikisinin öldüyünü zənn edən cinayətkar elə A.Şuşalının öz avtomobili ilə meyitləri gözdənuzaq bir yerdə basdırmaq istəyib.
Qətlin digər təfərrüatları hazırda Xəzər Prokurorluğu tərəfindən araşdırılır.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub