DYP-nin Sabirabaddakı postunda reyd keçirilib

Baş Dövlət Yol Polisi İdarəsinin 12-ci taqımı tərəfindən Sabirabad rayonu ərazisindəki polis postunda növbəti dəfə sərxoş, yükdaşıma və avtomobil idarəermə qaydalarını kobud şəkildə pozan sürücülərə qarşı reyd keçirilib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, reyd zamanı hərəkətin intensiv olduğu Hacıqabul-Bəhramtəpə magistralında təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmayan və digər qayda pozuntularına yol verən sürücülər haqqında inzibati qaydada protokol tərtib edilib.

 

Sabirabad rayon DYP Bölməsindən verilən məlumata görə, reydin əsas məqsədi həm də nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktik söhbətlərin aparılması olub. Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sürücülərinə sərnişindaşıma zamanı qaydalara əməl etmələri, normadan artıq sərnişin götürülməməsi, dayanacaqdan kənar yerlərdə avtobusun saxlanılmaması izah olunub.

 

Həmçinin havanın isti olmasını nəzərə alaraq sürcülərə və sərnişinlərə mümkün qədər yola çıxmamaları barədə də tövsiyələr edilib.

 

Reyd zamanı qayda pozan sürücülər barəsində inzibati protikollar tərtib edilməklə yanaşı, sürücülük vəsiqəsi olmadan idarə olunan avtomobillər də cərimə dayanacağına yerləşdirilib. Polis əməkdaşları tərəfindən bəzi sürücü və sərnişinlərə postlarda olan imkanlar daxilində yardımlar da göstərilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR