Fransa 2-ci dəfə Dünya Çempionu oldu

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının qalibi Fransa komandası olub. APA TV-nin verdiyi məlumata görə, turnirin final matçının keçirildiyi "Lujniki" stadionunda üz-üzə gələn Fransa və Xorvatiya milli komandalarının oyununda hesab fransızların xeyirinə açılıb.

 

Daha dəqiq desək, matçın 18-ci dəqiqəsində xorvat Mancukiç avtoqolla rəqibi sevindirib. Hesabda geri düşən Xorvatiya yığması 10 dəqiqə sonra, 28-ci dəqiqədə Perişiçin zərbəsilə hesabı bərabərləşdirib.

 

Daha bir 10 dəqiqə sonra qol vurulub. Bu dəfə də xorvatlar səhvə yol verib və 38-ci dəqiqədə fransızlar yenidən hesabda önə keçiblər. Qrizman əllə oyuna görə təyin olunmuş penaltini dəqiqliklə yerinə yetirib.

 

Fasiləyə Fransa yığması 2-1 hesabla qalib yollanıb.

 

Matçın ikinci hissəsində, 59-cu dəqiqədə Poqba hesab fərqini ikiyə qaldırıb. 65-ci dəqiqədə fransızlar Mbappenin qolu ilə hesabı 4-1 edib. 69-cu dəqiqədə Xorvatlar hesab fərqini 2 topa endiriblər. Bu dəfə Mancukiç rəqib qapısını düzgün nişan ala bilib.

 

Final qarşılaşması elə bu hesabla da bitib. Beləliklə, Fransa 20 ildən sonra yenidən Dünya Çempionu titulunu qazanıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR