Leysan yağışları qərb bölgəsində kənd təsərrüfatına və evlərə ziyan vurub
Qərb bölgəsinə yağan leysan yağışları bir sıra fəsadlar yaradıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, iki gündür yağan güclü yağış əsasən Tovuz, Ağstafa, Qazax rayonlarının ucqar dağ kəndlərində əkin sahələrinə ciddi ziyan vurub.
Kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Tovuzun ucqar dağ kəndlərindən olan Əsrik, Cırdaxan, Bayramlı, Azaflı, Aşağı Quşçu kəndlərində leysan yağış dəmyə şəraitində əkilən sahələrdə kartof, pomidor, lobya, qarğıdalı, üzüm və s. tərəvəz bitkilərini kökündən yuyub. Yetişməkdə olan meyvələr də küləklə müşayiət olunan yağış nəticəsində yerə tökülüb.
Həmçinin bəzi ərazilərdə ağaclar kökündən çıxıb. Güclü külək bəzi evlərin damını da yararsız hala salıb. Ərazidə olan bəzi evləri su basıb.
Leysan xarakterli yağışlardan sonra yaranan sel istirahət zonalarına gedən yollarda nəqliyyatın hərəkətində çətinlik yaradıb. Kəndlərdə elektirk enerjisinin təminatında uzunmüddətli fasilələr yaranıb. Rayon İcra Hakimiyyətinin nəzdində mövcud durumla əlaqədər fövqəladə komissiya yaradılıb. Dağıntı, çöküntü, təsərrfüfat sahələrinə baxış keçirilib. Əhaliyə dəyən maddi ziyan hesablanır.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub