Şirvanda avtoqəza zamanı çoxillik ağaclar məhv olub - XƏSARƏT ALAN VAR

Şirvanda baş vermiş avtoqəzada çoxillik şam ağacları məhv olub. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə günorta saatlarında Şirvan şəhəri, H.Əliyev prospektində qeydə alınıb.

 

Yüksək sürətlə hərəkətdə olan “BMW” markalı avtomobillə “Opel” markalı avtomobil toqquşub. Nəticədə “Opel” markalı avtomobildə olan sərnişin - Hacıqabul sakini, 1965-ci il təvəllüdlü Həsənov İlham Musarza oğlu xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib.

 

Yol qəzası zamanı hər iki avtomobil yoldan çıxaraq aşıb. Yaşıllıq zolağına çırpılan avtomobillər 4 ədəd çoxillik şam ağacını kökündən çxrarıb. Şəhərin yaşıllıq təsərrüfatına ciddi ziyan dəyib.

 

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR