Ordumuz erməni kəşfiyyatçılarının təxribatının qarşısını alıb - BİR NƏFƏR ƏSİR GÖTÜRÜLÜB
İyulun 15-də səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb. Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.
Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.
Ermənistanın Müdafiə Nazirliyi də kəşfiyyatçı Karen Kazaryanın Azərbayan ordusuna əsir düşdüyünü təsdiqləyib. Tavuş vilayətinin Berdavan kənd sakini olduğu bildirilən K.Kazaryanın geri qaytarılması üçün erməni tərəfi Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan ofisinə müraciət edib.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub