Sofiyada Bakıya həsr olunmuş fotosərgi açılıb

Sofiya şəhərinin “Sevgililər körpüsü”ndə “Bakı – müasirlik və qədimliyin harmoniyası” adlı açıq səma altında foto-sərgi təşkil olunub.

 

APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən Sofiya şəhərinin meri Yordanka Fandıkova sərgidə nümayiş olunan foto-şəkillərin bolqar fotoqraf tərəfindən çəkildiyinə xüsusi diqqət yönəldərək bu məqamın vacibliyindən bəhs edib, sərginin yerli sakinlərə və şəhərin qonaqlarına Bakını bolqar fotoqrafın gözü ilə görməyə imkan yaratdığını vurğulayıb.

 

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova fotosərginin zəngin tarixi və mədəniyyəti ilə seçilən Azərbaycan paytaxtının gözəlliklərini görməyə imkan yaratdığını qeyd edib. O bildirib ki, Bakının möhtəşəm görüntüsü “neft bumu” dövründə Avropa və Şərq mədəniyyətləri arasında baş vermiş özünəməxsus sintezin mirasıdır. Bakının tarixi abidələrinə diqqət çəkən N.Qurbanova tədbir iştirakçılarına İçərişəhər, Şirvanşahlar sarayı, Qız Qalası barədə məlumat verib.

 

Tədbir Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR