Rusiyada oğurlanan erməni iş adamı belə xilas edildi - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ

Rusiyada qaçırılan erməni iş adamı tapılıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, "Orlovskaya Niva" aqroholdinqinin sahibi Sergey Budaqov bir neçə gün öncə naməlum şəxslər tərəfindən qaçırılıb.

 

Faktla bağlı Rusiya İstintaq Komitəsi Orlov və Tula vilayətlərində axtarışlara başlayıb. Axtarışlar nəticəsində S.Budaqovun Tula əyalətində şəhərkənarı gizli bir kompleksdə saxlanıldığı məlum olub. Budaqov xilas edilib, onu qaçıran bir neçə şəxs isə həbs edilib. Həmin şəxslərin adları açıqlanmasa da, onların erməni biznesmeni pul əldə etmək məqsədilə oğurladıqları bildirilir.

 

Faktla bağlı araşdırma davam edir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR