Goranboyda yaşayış evi yandı: 1 yaralı

Gecə saatlarında Goranboyda yaşayış evi yanıb, bir nəfər xəsarət alıb.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə rayonun Dəliməmmədli şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli, ikiotaqlı mənzildə baş verib.

 

Qəfildən başlanan alov ətrafa yayıldığından, hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Alov tez bir zamanda ram edilib.

 

Yanğın zamanı 37 yaşlı Yaqub Əsgərov yanıq xəsarəti alıb. Zərərçəkən xəstəxanaya çatdırılıb, ona ilkin tibbi yardım göstərilib.

 

Yanğının səbəbləri araşdırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR