"Boko Haram" uşaqlı qadınlara rəhm etmədi - EDAM GÖRÜNTÜSÜ

Kamerunda "Boko Haram" terror təşkilatı amansız edam həyata keçirib.

 

APA TV-nin məlumatına görə, hərbi geyimli silahlı adamlar iki qadını uşaqları ilə birgə qətlə yetirib. Yayılan görüntülər insanları şoka salıb.

 

"Boko Haram" terrorçusu olduğu bildirilən şəxslər qadın və uşaqları edam edəcəkləri yerə aparırlar. Onlar videoda qadınları itələyir, saçlarından tutub getməyə məcbur edirlər. Uşaqlardan biri 6-7 yaşlı, digəri isə daha kiçikdir və anasının belində gedir.

 

Terrorçular qadınların və böyük uşağın gözünü bağlayaraq onları güllələyib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR