Sabirabadda 39 km-lik avtomobil yolu yenidən qurulur
Sabirabad rayonunda Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolu yenidən qurulur.
APA TV-nin xəbərinə görə, uzunluğu 39 km olan və 22 min əhalinin yaşadığı 15 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur.
AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edir: "Aparılan işlər nəticəsində yol boyu deformasiyaya uğramış hissələr bərpa olunub, yeni yol yatağı inşa edilib. Bunun ardınca lazımi çınqıl qarışıqlarından istifadə edilməklə yol əsasın alt və üst layı tikilib. Bundan başqa, layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri qurulub".
Texnoloji ardıcıllığa uyğun olaraq hazırda yolun 230 min kv. m-dən çox hissəsinə yeni asfalt örtük döşənir. Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bərpa işləri tam olaraq yaxın müddət ərzində yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılaraq yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub