Bəzi rayonlarda şimşək çaxacaq, yağış yağacaq

İyulun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu gecə 25-27, gündüz 32-36 dərəcə, Bakıda gecə 25-27, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

 

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 26-27 dərəcə isti təşkil edəcək.

 

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 27-28 dərəcə isti təşkil edəcək.

 

Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar ETSN çimərliklərə üz tutanlara ehtiyatlı olmağı tövsiyə edir.

 

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27, gündüz 36-41 dərəcə isti, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti təşkil edəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR