Tramp: "Mənim dövrümdə Putin Krımı birləşdirə bilməzdi"

"Əgər həmin dövrdə mən prezident olsaydım, Putin Krımı birləşdirə bilməzdi".

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu sözləri İngiltərəyə səfəri çərçivəsində baş nazir Tereza Mey ilə birgə mətbuat konfransı zamanı ABŞ prezidenti Donald Tramp deyib.

 

Vladimir Putinlə bazar ertəsi günü keçiriləcək görüşü barədə açıqlama verən Tramp Rusiya ilə yaxşı münasibətlər qurmaq istədiyini deyib: "Putinlə Ukrayna, Suriya və nüvə silahlanması barədə danışıqlar aparacağıq. Razılığa gələcəyimizə ümid edirəm".

 

Krımın Rusiyaya ilhaq edilməsi məsələsinə toxunan Ağ Ev rəhbəri bu məsələdə Barak Obamanı günahlandırıb: "Putin Krımı Obamanın prezidentliyi dövründə ilhaq etdi. Əgər prezident mən olsaydım, Putin Krımı ilhaq edə bilməzdi. Bu, Obamanın icazə verdiyi bir fəlakətdir".

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin iyulun 16-da Helsinkidə bir araya gələcəklər.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR