İŞİD Pakistanı qana boyadı: 132 ölü, 230 yaralı
Pakistanda seçkiqabağı mitinqlər zamanı bir neçə partlayış baş verib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Mastunq şəhərində törədilən partlayışda aralarında yeni təsis edilən “Balochistan Awami Party” partiyasının lideri Navabzadə Sirac Raysanın da olduğu 132 nəfər ölüb, 230-dan çox yaralı var.
Yaralılar bölgədəki və Kuetta əyalətindəki xəstəxanalara aparılıb.
Digər bir bombalı hücumda isə sabiq nazir Əkrəm Xan Durrani hədəf alınıb. Həmin mitinqdə baş verən partlayışda 4 nəfər ölüb, 32 nəfər yaralanıb. Əkrəm Durrani isə sağ qalıb.
Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Azərbaycan prezidenti İlham Əliyev insan tələfatı ilə nəticələnən hadisələrə görə pakistanlı həmkarı Məmnun Hüseynə başsağlığı verib.
Qeyd edək ki, iyulun 25-də Pakistanda növbəti parlament seçkiləri keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub