Kanada baş nazirinin salamlaşma tərzi qalmaqal yaratdı

Rəngli corabları, replikaları və maraqlı çıxışları ilə həmişə gündəmdə olmağı bacaran Kanadanın baş naziri Castin Trüdo ölkəsində yenə müzakirə mövzusu olub.

 

APA TV-nin məlumatına görə, baş nazir Brüsseldə keçirilən NATO zirvəsində belçikalı həmkarına salamlaşmaq üçün əl uzadıb, sonra fikrini dəyişərək onun xanımı ilə görüşüb. Bu zarafatdan sonra Trüdo Şarl Mişel ilə də qucaqlaşaraq salamlaşıb.

 

Trüdonun hərəkəti sosial media istifadəçiləri tərəfindən tənqid olunub. "Ev sahibi olan ölkənin lideri ilə belə hörmətsiz davranmaq çox böyük kobudluqdur. Kanadanın beynəlxalq səviyyədə rəzil edilmədiyi gün yoxdur. Bu, bəlkə bir zarafatdır, amma biz bu zarafatlardan bezdik". Bunu bir kanadalı yazıb. Ancaq baş nazirlərinin hərəkətini zarafat kimi qəbul edənlər də çoxdur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR