ABŞ 12 Rusiya vətəndaşına qarşı ittiham irəli sürdü
ABŞ Ədliyyə Nazirliyi xüsusi prokuror Robert Müllerin araşdırması çərçivəsində 12 Rusiya vətəndaşına qarşı ittiham irəli sürüb.
APA TV-nin "RİA Novosti" agentliyinə istinadən xəbərinə görə, bu barədə ABŞ Ədliyyə nazirinin birinci müavini Rod Rozenstayn bildirib.
Məlumata əsasən, Rusiya xüsusi xidmət orqanlarının 12 əməkdaşı ABŞ-da 2016-cı ildə keçirilən seçkiqabağı kampaniya zamanı haker hücumlarının həyata keçirilməsində şübhəli bilinirlər.
R.Rozenstayn onların Rusiya Baş Kəşfiyyat İdarəsinin əməkdaşları olduğunu bildirib. İddiaya görə, həmin şəxslər seçki komissiyasının saytını sındırıblar.
Qeyd edək ki, fevralın 16-da ABŞ Ədliyyə Nazirliyi Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə işi çərçivəsində 13 Rusiya vətəndaşına qarşı ittiham irəli sürüb.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub