Lerikdə yoldan çıxan avtomobil dərəyə yuvarlanıb

Lerikdə "Niva" markalı avtomobil dərəyə aşıb, bir nəfər xəsarət alıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun ucqar dağ kəndi olan Kirəvud kəndində qeydə alınıb.

 

Həmin kənd ərazisində Abuzər Kərimovun idarə etdiyi "VAZ 2121" (Niva) markalı avtomobil idarə etmədən çıxaraq yoldan 20-25 metr aşağıya dərəyə yuvarlanıb. Ağır xəsarət alan sürücü A.Kərimov ilkin tibbi yardım göstərildikdən sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Fakta bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR