Xəzərin Lənkəran sahillərində 2 nəfər suda boğulub
Dəniz növbəti dəfə can alıb. APA TV-nin cənub bürosunun məlumatına görə, axşam saatlarında Lənkəran sahillərində qeydə alınmış hadisə zamanı 2 nəfər boğulub, daha bir nəfər sudan çıxarılıb.
Lənkəranda üç gəncin dənizdə batması barədə xilasedicilərə məlumat verilib. Onlardan əvvəlcə ikisi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılıb. Həmin şəxslərdən biri - 23 yaşlı Aslanov Şəmsəddin Rahim oğlu sudan çıxarıldıqdan sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda keçinib.
Onun dostu Babazadə Ruhid Əzizağa oğlunun meyiti batdıqdan bir neçə saat sonra dənizdən çıxarılıb. Gənclərin digər dostu isə sağ çıxarılıb. Ancaq o, xilasedicilər tərəfindən xilas olunduqdan sonra qaçaraq ərazidən uzaqlaşıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub