Azərbaycan prezidenti İranın səhiyyə, müalicə və tibbi təhsil nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev iyulun 13-də İran İslam Respublikasının səhiyyə, müalicə və tibbi təhsil naziri Həsən Qazizadə Haşiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, nazir Həsən Qazizadə Haşimi qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin səyləri nəticəsində ölkələrimiz arasında ikitərəfli münasibətlər gündən-günə güclənir və möhkəmlənir.
Dövlət başçısı Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Prezident Həsən Ruhani ilə görüşlərini məmnunluqla xatırlayaraq qeyd edib ki, bu görüşlər zamanı səhiyyə sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilib və bununla bağlı işlərin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar da verilib.
Dövlət başçısı İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Həsən Qazizadə Haşiminın Azərbaycana səfərinin ölkələrimizin səhiyyə sahəsində əməkdaşlığının genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub