Uçan maşınlar gələn ildən satışa çıxarılır - SINAQDAN UĞURLA ÇIXDILAR
Pilot vəsiqəsinə ehtiyac olmayan uçan maşınların təlim uçuşları uğurla başa çatıb.
APA TV-nin Britaniya mətbuatına istinadən xəbərinə görə, ABŞ-ın Kaliforniya ştatında yerləşən "Opener" firması tərəfindən istehsal edilən "BlackFly" adlandırılan uçuş aparatları saatda 100 km sürətlə hərəkət edə bilir. Elektrik enerjisi ilə işləyən bu aparatlar 40 km məsafəni rahatlıqla qət edə bilir.
KİV-də insan daşıya bilən dronlara bənzədilən "BlackFly" uçuş aparatlar 4 metr uzunluğa, 1,5 metr hündürlüyə, 4,2 metr enə malikdir. Pilot kabinəsinin hündürlüyü isə 2 metrdir və 113 kiloqrama qədər yük daşıya bilir.
Şirkət aparatların satışına 2019-cu ilin əvvəllərindən start verəcək.
Qeyd edilir ki, ilkin olaraq "BlackFly"ların qiyməti yüksək olsa da, gələcəkdə normal avtomobillərin qiymətinə təklif olunacaq.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub