Yəməndə hökumət qüvvələri husiləri pusquya saldı - 21 ÖLÜ

Yəməndə husilərlə hökumət qüvvələri arasında növbəti dəfə qarşıdurma baş verib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Dali və Beyda kəndlərində baş verən toqquşmada 21 husi həlak olub.

 

Qeyd olunur ki, husilərin Dali kəndinə hücumu burada məskunlaşan hökumət qüvvələri tərəfindən dəf olunub. Atışma zamanı 13 üsyançı öldürülüb. Husilər geri çəkilərkən isə onlara qarşı pusqu qurulub və növbəti toqquşma baş verib, daha 8 husi həlak olub.

 

Qeyd edək ki, husilər bu bölgələrə 2014-cü ilin sentyabrından etibarən nəzarət edirlər.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR