Həyətində çətənə yetişdirən Hövsan sakini saxlanılıb

Hövsan sakininin həyətindən kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edilərək götürülüb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində Hövsan qəsəbəsində yaşayan Vaqif Quliyevin həyətyanı sahəsinə baxış keçirilib.

 

30-cu PŞ-nin təhqiqatçısı İlkin Mehdiyev bildirib ki, bu zaman oradan ümumi çəkisi 33 kiloqram olan 30 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunub: "Əməliyyat tədbirlərinin davamı olaraq Vaqif Quliyevin yaşadığı evdən əlavə 2 kiloqramdan artıq qurudulmuş və 1 kiloqram 525 qram yaş vəziyyətdə marixuana aşkar olunaraq götürülüb".

 

İfadəsində həmin şəxs çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini və onlara qulluq etdiyini etiraf edib.

 

Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR