Beyləqanda 39,4 km-lik yol yenidən qurulur
Beyləqan rayonunda Kəbirli-Eyvazallar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.
APA TV-nin xəbərinə görə, 39.4 km-lik avtomobil yolu uzun müddət istismar nəticəsində deformasiyaya uğramış, yol örtüyü dağılmış, çox sayda çalalar və çökmələr əmələ gəlmişdir. Bu üzdən yolun əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi.
AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, tikinti layihəsinə uyğun olaraq 6 min kub. m həcmdə yararsız örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının 79 min kub. m həcmdə yararsız hissəsi qazılaraq çıxarılıb. Daha sonra karxana çınqılı materialından 108 min kub. m həcmdə torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri aparılıb. Torpaq işləri aparılan hissələr avtoqreyderlə profilə salınıb və kipləşdirilib”.
Mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığından müxtəlif diametrlərdə 93 ədəd 1028 paqon-metr uzunluğunda yeni metal və dəmir-beton boruların quraşdırılaraq başlıqlarının dəmir-betonla tikintisi işləri aparılıb.
Layihəyə uyğun olaraq 11 min kv. m sahədə yol birləşmələrinin təmiri, 54 kub. m həcmdə səkilərin yararsız hala düşmüş hissələrinin bərpası, 148 kv. m körpülərin sıradan çıxmış məhəccərlərinin yenilənməsi işləri də görülür.
Asfaltlanma işləri bitən kimi yol boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə 170 ədəd yol nişanlarının, 8 ədəd avtobus dayanacağının, 40 ədəd yol göstəricisinin və 1520 ədəd siqnal dirəklərinin quraşdırılması nəzərdə tutulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında 22 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini əhatə edən Kəbirli-Eyvazallar-Birinci Aşıqlı-Əlinəzərli marşrutu üzrə yolların yenidən qurulması işlərinin payız aylarında yekunlaşdırılması nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub