Neft son beş ayın ən kəskin ucuzlaşmasını yaşayır

ABŞ-la Çin arasında başlayan "ticarət müharibəsi" və Liviyanın istehsalı artırmaqla bağlı qərarı nefti ucuzlaşdırır.

 

APA TV-nin məlumatına görə, Liviya ən böyük neft yataqlarından minlərlə barel nefti bazara çıxaracaq.

 

Ümumilikdə neft bu həftə son beş ayın ən kəskin ucuzlaşmasını yaşayıb. Beynəlxalq Enerji Agentliyi OPEC-in Körfəz ölkələrində yaranan problemlərdən dolayı ortaya çıxan neft kəsirini aradan qaldıra biləcəyini açıqlayıb. Neft mütəxəssisləri isə bəzi OPEC ölkələrində başlayan istehsalın artırılması prosesinin tezliklə dayanacağını düşünür.

 

"Brent" markalı neftin bir bareli 74,22 dollardan, Qərbi Texas nefti isə 70,34 dollardan satılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR