Salyanda mikroavtobusla minik maşını toqquşdu: 10 yaralı
Salyan rayonunda "Mercedes Vito" markalı mikroavtobusla "Mercedes" markalı minik avtomobili toqquşub.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Salyan rayonunun Sarvan kəndi ərazisində baş verib.
Astara rayon sakini, 43 yaşlı Elşən Rüstəmovun idarə etdiyi mikroavtobusla qarşıdan gələn minik avtomobilinin toqquşması nəticəsində mikroavtobusun sürücüsü və Lənkəran rayon sakinləri - 43 yaşlı Cavanşir Muradov və 38 yaşlı Asəf Hüseynov, Astara sakinləri - 52 yaşlı Cəfər Nəsirov, 47 yaşlı Reyhan Quliyeva, 47 yaşlı Teymur Hüseynov, 42 yaşlı Kamran Cəfərov, 27 yaşlı Cəmil Nəzirli, 47 yaşlı Nəsib Veysəlov və 21 yaşlı Aytac Nəzərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralananlardan 9 nəfəri ambulator yardım alaraq evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub